Hövzə Xəbər Agentliyinin məlumatına görə, təəssübkeşlikdən tutmuş öz fikrini əsas götürməyə qədər – həyat yoldaşı seçimindəki idrak səhvlərini tanıyın və düzgün məsləhətləşmə və dəqiq araşdırma ilə uğurlu evliliyə doğru addım atın.
Həyat yoldaşı seçimi, başlanğıcından sonuna qədər, hər bir yetkin və subay insan üçün olduqca vacib və çox zaman çətin bir mərhələ sayılır.
Ola bilsin ki, həyatınız boyunca bu qədər diqqət, dəqiqlik və əhəmiyyət kəsb edən seçimlə az rastlaşmısınız. Doğrudur ki, uğurlu bir evlilik əsasən düzgün meyarlara əsaslanan seçimdən asılıdır, lakin doğru baxış bucağı, məntiqi düşüncə və uyğun həyat planı ilə yaxşı bir evlilik üçün zəmin yarada bilərsiniz.
Təəssüf ki, cəmiyyətimizdə yayılmış bəzi baxışlar və inanclar, həyat yoldaşı seçimində ümidsizlik və narazılığa səbəb olur.
Bu səbəbdən, həyat yoldaşı seçimi ilə bağlı baxışlarınızı, düşüncə tərzinizi və inanclarınızı tanımaq və bu sahədə məlumatlanmaq, həmçinin məntiqli və reallığa uyğun bir yanaşma sərgiləmək uğurlu bir evlilik qurmağınızda mühüm rol oynaya bilər.
İnsanlar evlilikdən əvvəl müəyyən zehni təsəvvürlərə və gözləntilərə sahib olurlar ki, onlar bu gözləntilərin tam olaraq fərqində olmaya bilərlər və bu düşüncələr çox vaxt reallığa əsaslanmır.
Bu yanlış və məntiqsiz inanclar təkcə insanların evlilik qərarına və seçim prosesinə təsir etmir, həm də sonradan quracaqları münasibətin keyfiyyətinə və davamlılığına da ciddi şəkildə təsir göstərir.
Yanlış inanclar və ya idrak səfləri, ümumiyyətlə səhv nəticələrə gətirib çıxaran səhvlərdir. Hərçənd ki, bütün məlumatlar düzgün şəkildə beyinə çatır, amma şəxs onları yanlış şəkildə təfsir edir; buna görə də onlara idrak səhvləri deyilir.
Bu səhvlər məlumatların işlənməsində pozuntulara səbəb olur və insanı düzgün məlumatlardan məhrum edir.
Həyat yoldaşı seçimi yolunda insanların çox vaxt istər-istəməz etdikləri yanlışlardan biri isə təəssübkeşlik səhvidir.
Bir az elastiklik və yumşaqlıq!
Həddindən artıq sərt olma!
Tez qırılarsan!
O zaman zərər görərsən!
Bunu necə edəcəyini bilmək istəyirsən? Mənimlə ol!
O, ağlayaraq həyat yoldaşının vurmalarını danışırdı.
Deyirdi ki, səsim elə yüksəlmişdi ki, qonşular polisə zəng etmişdilər.
Daim özünü günahlandırırdı: "Niyə bunu seçdim, niyə təhsilinə aldandım?"
Deyirdi: "Hər qızın öz şəraitinə uyğun bir elçisi var, mənim də vardı; amma mənim üçün ən vacib şey təhsilli birinin olması idi. Nəhayət, magistr dərəcəsi olan Səid gəldi, özümə dedim ki, bu, artıq təhsilli biridir, və birdən-birə digər meyarlar gözlərimdə solğunlaşdı. İndi deyirəm, kaş ki, oxumazdı, amma yaxşı əxlaqlı olardı..."
Bu, təəssüf ki, təəssübkeşlik səhvi edən birinin hekayəsidir.
Hale effekti ilə təəssübkeşlik səhvi arasındakı fərq bundadır: hale effektində siz yalnız bir xüsusiyyətə diqqət yetirirsiniz və digər tərəfləri tamamilə nəzərdən qaçırırsınız. Amma təəssübkeşlik səhvində, digər yönləri müəyyən qədər nəzərə alsanız da, diqqətinizi əsasən bir amilin üzərində cəmləşdirir və ona qarşı həddindən artıq həssaslıq göstərirsiniz.
Bu səbəbdən, bəzən qız və ya oğlan həyat yoldaşı seçimində bir məsələyə qarşı təəssüb göstərir; məsələn, bəzi şəxslər üçün qızın geyimi və hicabı, yaxud qarşı tərəfin təhsili çox mühüm meyar ola bilər və sadəcə bu əsasda qərar verirlər. Bu cür ifrat həssaslıq isə evlilikdə təsirli olan digər amillərin gözdən qaçmasına səbəb olur.
Başqa sözlə, yalnız bir meyar deyil, bütün meyarlar və nəzərdə tutduğunuz amillər diqqətdə saxlanmalıdır. Həmçinin, şəxsi tanışlığa həddindən artıq inanmaq, şəxsi fikrə həddən artıq güvənmək və bu fikirdə israrla qalmaq, sizi əlavə məlumatlara yönəlməkdən məhrum edə bilər.
Bəlkə görmüsünüz və ya eşitmisiniz ki, öz bildiyi ilə hərəkət edən insanlar, digərləri ilə məsləhətləşmək və onların təcrübəsindən yararlanmaq fürsətini itirirlər.
Məsləhətləşmək və başqalarının rəyini almaq o qədər önəmlidir ki, Əmirəl-möminin Əli (ə) belə buyurur:
“Hər kim məsləhət edərsə, xətaya düşməkdən qorunar.”
Aydındır ki, ağıllı və təcrübəli insanlarla məsləhətləşməkdən imtina etmək, sizi dəyərli və kifayət qədər məlumat əldə etmək imkanından məhrum edir. Belə bir vəziyyətdə yanlış qərar vermək, həm sizin, həm də bir çox insanlar üçün böyük bir problemə çevrilə bilər.
Digər tərəfdən ola bilər ki siz və ya ailəniz qarşı tərəfi şəxsən tanıdığınıza inanaraq artıq araşdırmaya ehtiyac olmadığını düşünəsiniz.
Halbuki:
Ola bilər ki baxış bucağınızdan bir çox mühüm tərəflər diqqətdən kənarda qalıb;
Və “Ehtiyat igidin yaraşığıdır” – yəni başqa mənbələrdən əldə olunan məlumatlar, sizin mövcud bilik dairənizi genişləndirməsə belə seçdiyiniz yolda sizi daha qətiyyətli edə bilər.
Mənbə: “Zəhərli Seçim” kitabı, s. 8–9
Rəyiniz